Füzuli rayonunda su kanalından orta yaşlı kişinin meyidi tapılıb. Füzuli rayonunda su kanalından orta yaşlı kişinin meyidi tapılıb.

Su kanalından meyit tapıldı - Füzulidə

Füzuli rayonunda su kanalından orta yaşlı kişinin meyidi tapılıb.

AzNews.az-ın Report-a istinadən məlumatına görə, meyit rayonun Böyük Bəhmənli kəndində kecən su kanalında üzə çıxıb.

Kənd sakinləri hadisə barədə rayon polis şöbəsinə məlumat veriblər. Polis və prokurorluq əməkdaşları meyidi ərazidən götürüblər.

Aparılan araşdırmalardan sonra məlum olub ki, kişi meyidi bir müddətə əvvəl rayon ərazisində yoxa çıxan Arzu Məmmədova məxsusdur. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Arzu Məmmədov uzun illər ruhi xəstəlikdən əziyyət cəkib.