Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova ilə aktrisa Kəmalə Məmmədova arasında gərginlik yaşanıb. Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova ilə aktrisa Kəmalə Məmmədova arasında gərginlik yaşanıb.

Teatrın iki qadın əməkdaşı arasında gərginlik: “Mübahisəmiz olub”

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova ilə aktrisa Kəmalə Məmmədova arasında gərginlik yaşanıb.


Belə ki, rejissor 2015-ci ildə quruluş verdiyi tamaşaların heç birində K.Məmmədovaya rol verməyib. 1 il ərzində heç bir tamaşaya dəvət olunmayan aktrisa isə haqsızlıqla barışmayaraq Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığa başlayıb.

Baş rejissorun akstrisanı 11 ay ərzində səhnədən uzaq tutmasının səbəblərini öyrənmək üçün onunla əlaqə saxladıq. İ.Gözəlova AzNews.az-a açıqlamasında bildirib ki, K.Məmmədova ilə aralarında bir dəfə problem yaşanıb: "Onunla aramızda böyük problem olmayıb. Bir dəfə rol, repertuarla bağlı mübahisəmiz olub, vəssalam. Mən də ona dedim ki, gələcək teatr mövsümündə quruluş verəcəyim "İblis" tamaşasında sənə rol verəcəyəm".

İ.Gözəlova qeyd edib ki, ötən mövsümdə K.Məmmədova "Şəhrizadın oyunu" tamaşasında rol alıb: "Mən isə "Dəli yığıncağı" tamaşasını hazırladım. Həmin tamaşada ona uyğun rol yox idi. Ona görə də Kəmaləyə rol vermədim".

K.Məmmədovanı istedadlı aktrisa hesab edən baş rejissor onun Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığını yüksək dəyərləndirib: "Əgər müqavilə ilə tamaşada rol alıbsa, buna sevinmək lazımdır".

Xatırladaq ki, baş rejissorla aktrisa arasındakı gərginliklə bağlı məlumatı ölkə.az saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az