Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün yenidən xəstəxanaya yerləşdirilib. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün yenidən xəstəxanaya yerləşdirilib.

Ələsgər Məmmədoğlu yenidən xəstəxanaya düşdü

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarına səhhətində problem yaranıb və o, Respublika Diaqnostika Mərkəzinə aparılıb: "Öd kanallarım dolub. Bədənimə zəhərlənmə verir. Bu gün öd kanallarımı yuyublar. Sabah da sistem köçürəcəklər".

Aktyor qeyd edib ki, bu gecəni xəstəxanada qalacaq və səhər evə buraxılacaq.

Qeyd edək ki, Ə.Məmmədoğlu noyabrın 12-də özünü pis hiss edib və o, həmin günü Binəqədi Rayon Xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunduqdan sonra aktyor evə buraxılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az