Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib. Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib.

Millət vəkilinin işçiləri həbs edildi - “Azinko”da yoxlama

Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib.

Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları deputat Malik Həsənova məxsus "Azinko" tikinti şirkətində yoxlama aparıblar.

Yoxlamalar zamanı şirkətin fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması halları aşkarlanıb və şirkətin bir neçə işçisi həbs edilib.

Xatırladaq ki, 44 yaşlı Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik qardaşıdır.

***
Azinko" Holdinqdən xəbərə münasibət açıqlanıb.

Holdinqin hüquqşünası Zaur Abbasov bildirib ki, 23 noyabrda bir sıra saytlarda "Kərəm Həsənovun deputat qardaşının işçıləri həbs edildi" başlıqlı məqalədə göstərilənlər yalan məlumatdır: "Holdinqdə guya Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlamaların aparılması, şirkətin bir neçə əməkdaşının həbs olunması ilə bağlı xəbərlər tamamilə yalan böhtan xarakterlidir, həqiqətə uyğun deyil. "Azinko" Holdinqdə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən hər hansı yoxlama aparılmır, deməli, şirkətin hansısa məsul şəxsi, yaxud texniki işçisinin həbsilə bağlı heç bir orqanın qərarı mövcud deyil. Bu səbəbdən də göstərilənlərin yalan və böhtan olduğunu deməkdən başqa sözümüz yoxdur. Bu kimi mətnlərin dərc edilməsi kimlərinsə şirkəti nüfuzdan salması istiqamətində fəaliyyətinin tərkib hissəsidir. Biz bütün medianı Vergilər Nazirliyinin əlaqədar qurumları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə dəvət edirik".

Z.Abbasov qeyd edib ki, Holdinqin rəhbərliyi göstəriş verəcəyi təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq hüquqi addımlar atılacaq. Hüquqşünas onu da bildirib ki, yazıda adı çəkilən deputat Malik Həsənov "Azinko" Holdinqin rəhbəri deyil.