Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar nazirinə birinci müavin təyin edilməsi haqqında sərəncamı açıqlanıb. Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar nazirinə birinci müavin təyin edilməsi haqqında sərəncamı açıqlanıb.

Rabitə və yüksək texnologiyalar nazirinə birinci müavin - Təyinatı (Yenilənib)

Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar nazirinə birinci müavin təyin edilməsi haqqında sərəncamı açıqlanıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib və sərəncam bu gündən etibarən qüvvəyə minib.

***
12:32

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Trend.az