“Sevil Nuriyeva mənim səviyyəmdə adam deyil”. “Sevil Nuriyeva mənim səviyyəmdə adam deyil”.

“Sevil Nuriyeva mənim səviyyəmdə adam deyil” – Aqil Abbas

“Sevil Nuriyeva mənim səviyyəmdə adam deyil”.


Bunu AzNews.az-a açıqlamasında millət vəkili Aqil Abbas Sevil Nuriyevanın onu tənqid etməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, S.Nuriyeva kimi aparıcıların dostluğu ona lazım deyil: "Getsin işi ilə məşğul olsun. Mən həqiqəti deyirəm. Türkiyənin tərəfini tutub, sevdiyim, yandığım üçün demişəm. Oradakı və dünya hadisələrini izlədiyim üçün bu fikirdəyəm. Sevil Nuriyeva mənimlə eyni səviyyədə olan adam deyil. O, aparıcıdır, mənsə yazıçı və deputat".

A.Abbas əlavə edib ki, S.Nuriyeva ilə onun fikirləri, baxışları heç vaxt üst-üstə düşməyib.

Xatırladaq ki, tanınmış telejurnalist Sevil Nuriyeva "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və millət vəkili Aqil Abbasın ünvanına aşağılayıcı ifadələr işlədib.

Qeyd edək ki, R.Məcid Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı "Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir" fikrinə millət vəkili Aqil Abbas dəstək verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az