“Türk Hava Yolları” hava şəraiti ilə bağlı Bakıya uçuşları iki günlük təxirə salıb. “Türk Hava Yolları” hava şəraiti ilə bağlı Bakıya uçuşları iki günlük təxirə salıb.

“Türk Hava Yolları” Bakıya uçuşları təxirə saldı

“Türk Hava Yolları” hava şəraiti ilə bağlı Bakıya uçuşları iki günlük təxirə salıb.


Küləkli və qatı dumanlı hava şəraiti ilə əlaqədar olaraq "Atatürk" hava limanından bir çox ölkədaxili və xarici aviareyslər təxirə salınıb. Təxirə salınan uçuşların arasında Heydər Əliyev Beynəlxalq Aeroportuna olan uçuşlarda var. THY-dən bildirilib ki, uçuşlar noyabrın 25 və 26-sı tarixləri üçün təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə AZAL-ın heç bir uçuşları təxirə salmadığını bildirib: "Hər iki istiqamətdə uçuşlarımız həyata keçirilir. Türkiyədəki hava şəraiti ilə əlaqədar AZAL heç bir uçuşları təxirə salmayacaq", -deyə P.Kəsəmənski vurğulayıb.

Azərtac