Noyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Noyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Pakistan Dövlət Neft Şirkəti SOCAR-la birgə layihələr hazırlamaq istəyir

Noyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AzNews.az SOCAR-ın saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Şeyx İmran-ül-Həqq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, Pakistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

R.Abdullayev Azərbaycan neft-qaz sənayesinin tarixi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyələr, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb.

Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Şeyx İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib.

Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.