Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib. Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

Köçkün ailənin evindən - 27 min manat oğurlandı

Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib.


AzNews.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.