Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Maşın piyadanı vuraraq öldürdü - Sürücü hadisə yerindən qaçdı

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə 22.00 radələrində Ələt-Astara magistralının13-cü kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib.

Yolu keçən Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Seymur Əmir oğlu naməlum avtomobil tərəfindən vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada hadisə yerində ölüb.

Hazırda piyadanı vuran avtomobil sahibinin axtarışları davam etdirilir.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.