Rusiya ilə viza rejiminin olmamasına baxmayaraq,Türkiyənin 40 vətəndaşı müxtəlif bəhanələrlə RF-ə ərazisinə buraxılmayıb və ölkəsinə geri göndərilib. Rusiya ilə viza rejiminin olmamasına baxmayaraq,Türkiyənin 40 vətəndaşı müxtəlif bəhanələrlə RF-ə ərazisinə buraxılmayıb və ölkəsinə geri göndərilib.

Türkiyə vətəndaşları Rusiyaya buraxılmır

Rusiya ilə viza rejiminin olmamasına baxmayaraq,Türkiyənin 40 vətəndaşı müxtəlif bəhanələrlə RF-ə ərazisinə buraxılmayıb və ölkəsinə geri göndərilib.


Bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Moskvanın hava limanında Türkiyədən Rusiyaya gedən türklərə yerli məmurlar təzyiq edir.

Türkiyə vətəndaşı, iş adamı Cəmil Özdəmir Moskvanın Şeremetyevo hava limanında başına gələnlərlə bağlı açıqlama verib: "İstanbulun Atatürk Hava limanından Rusiyanın "Aeroflot" Hava Yoları şirkətinə məxsusu təyyarə ilə 01.40-da uçduq, 05.00-da isə (Türkiyə vaxtı ilə) Moskvaya endik. Buradan Rusiyanın başqa bölgələrinə gedəcək türklər ucaçaqları təyyərə reyslərinə yetişə bilmədi. Bizə qaçaqmalçı kimi yanaşırlar. Ölkəmizə göndərəcəklərini söyləyirlər. Polis bizi təcrid otağına apardı. Onlara konsulluğumuzla əlaqə saxlamaq istədiyimiz söylədikdə qollarımıza qanadal vurcaqları ilə hədələdilər. Mənimlə birlikdə 11 türkü zorla həmin otağa apardılar. Orada bizə su, yemək verirlər. Tualetə isə polis bir-bir icazə verir. Özləri bizi müşaiyət edirlər. Bizə bildirdilər ki, Moskva vaxtı ilə saat 21.00-da Türkiyəyə yola salacaqlar.

Mənim pasportumda "Şnegen" vizası da var. Aramızada həyat yoldaşı hamilə olan Türkiyə vətəndaşına xanımının yanına getməyə buraxmırlar.Qrupumuzda uşaqlı bir ailə də var idi. Onları başqa bir yerə apardılar".


Report.az