Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından və Rusiya zenit-raket komplekslərinin Suriyaya göndərməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhədə ağır hərbi texnika yeridib. Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından və Rusiya zenit-raket komplekslərinin Suriyaya göndərməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhədə ağır hərbi texnika yeridib.

Ərdoğan hərbi tankları sərhədə göndərdi

Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından və Rusiya zenit-raket komplekslərinin Suriyaya göndərməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhədə ağır hərbi texnika yeridib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Türkiyənin Tekirdağ şəhərində yerləşən hərbi hissədən 20 tank dəmiryolu vasitəsilə Gaziantep şəhərinə gətirilib.

MT-60 tankları sərhədə gətirilərkən güclü təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan başqa, 3 gün bundan əvvəl Gaziantepə gətirilən 60 tankın yaxın günlərdə sərhədboyu müxtəlif bölgələrə göndəriləcəyi bildirilir.

Su-24 bombardmaçı təyyarənin vurulmasından sonra Türkiyə Suriya sərhədində hərbi fəallığını artırır. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını da artırıb.

Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. "CNN Türk"ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

Bir neçə gün əvvəl də Türkiyə Suriya sərhədinə 20 tank göndərib. "Anadolu" agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.

"Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb" - deyə xəbərdə bildirilir.