“Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib”. “Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib”.

Rusiya türkmənləri 17 dəfə bombardman edib

“Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib”.


Bu barədə "Reuters" məlumat yayıb.

Agentlik Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyini, həmin yaşayış məntəqələrində əsasən etnik türkmənlərin yaşadığını bildirib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmənlərinə aid azı 15 hədəfə zərbələr endirib.

"Ruslar "Su-24" təyyarəsi vurularkən türkmən kəndlərini bombalayırdı", - deyə Suriya Türkmənləri Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmənin Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.

APA.az