Nardaranda qaz və elektrik enerjisi verilişində yaranan problemlərdən sonra digər kommunal xidmətlərin göstərilməsində də fasilələr yaranıb. Belə ki, noyabrın 28-dən etibarən qəsəbədə telefon xətləri kəsilib, içməli suyun verilməsi dayandırılıb. Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var. Nardaranda qaz və elektrik enerjisi verilişində yaranan problemlərdən sonra digər kommunal xidmətlərin göstərilməsində də fasilələr yaranıb. Belə ki, noyabrın 28-dən etibarən qəsəbədə telefon xətləri kəsilib, içməli suyun verilməsi dayandırılıb. Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var.

Nardaranda su və telefon xətləri də kəsildi

Nardaranda qaz və elektrik enerjisi verilişində yaranan problemlərdən sonra digər kommunal xidmətlərin göstərilməsində də fasilələr yaranıb. Belə ki, noyabrın 28-dən etibarən qəsəbədə telefon xətləri kəsilib, içməli suyun verilməsi dayandırılıb. Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var.


AzNews.az xəbər verir ki, qəsəbə ağsaqqalı Natiq Kərimovun cebhe.info-ya verdiyi məlumata görə, əhaliyə kommunal xidmət göstərilmir:

"Səhər saatlarından etibarən içməli suyun verilməsi dayandırılıb. Bununla yanaşı telefon xətlərimiz kəsilib, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Cənazələrinin qaytarılması istiqamətində danışıqlar gedib. Verilən məlumata görə, günortadan sonra cənazələr torpağa tapşırılması üçün bizə qaytarılacaq. Artıq dünyasını dəyişmiş insanların ailələrinin də səbri tükənib, onlar öz qardaşlarının cənazələrini istəyirlər".

Xatırladaq ki, bir gün əvvəl Nardarana elektrik enerjisi və mavi yanacağın verilməsi dayandırılmışdı. Əlaqədar qurumlar bunu qəsəbə abonentlərinin külli miqdarda – 43 milyona yaxın borcunun olması ilə əlaqələndirib.