Rusiyanın Voronej Yüksək Texnologiyalar İnstitutunda təhsil alan türk tələbələrə ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib. Rusiyanın Voronej Yüksək Texnologiyalar İnstitutunda təhsil alan türk tələbələrə ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib.

Türkiyəli tələbələrə xəbərdarlıq edildi - Rusiyadan çıxarılır

Rusiyanın Voronej Yüksək Texnologiyalar İnstitutunda təhsil alan türk tələbələrə ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib.


AzNews.az-ın azadliq.info-ya istinadən xəbər verir ki, tələbələrdən biri məktəb rəhbərliyinin onlardan 2-7 dekabr tarixləri arasında Rusiyadan çıxmalarını tələb etdiyini bildirib. Tələbələrə göstərilən tarixə qədər Rusiyanı tərk etməyəcəkləri halda deportasiya olunacaqlarını da deyiblər:

"Rəhbərlik bizə ölkədəki türk vətəndaşlarının deportasiya ediləcəyini bildirib. Bizə bununla bağlı hər hansı yazılı sənəd təqdim etməyiblər. Ancaq rəhbərlik 2-7 dekabr tarixləri arasında könüllü olaraq ölkədən çıxmaq istədiyimiz haqda bir sənədə imza atmamızı tələb etdi. Yeddi yoldaşımız tələb olunan sənədə imza atsalar da, mən və başqa bir tələbə bundan imtina etdik. Ümumilikdə, şəhərdə 45-50 tələbə var. Bütün tələbələrin məktəb rəhbərliyi tərəfindən ünvanları və telefon məlumatları götürülüb".