Balakəndə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Balakəndə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Daş barı üzərinə tökülü - 42 yaşlı kişi öldü

Balakəndə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


AzNews.az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 28-i axşam saat 17:45 radələrində rayonun Qazma kənd sakini, 1973-cü il təvəllüdlü İlham Abdulməcid oğlu Ukalayev ağır travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Xəstəxanaya daxil olub bir qədər sonra 42 yaşlı İlham Ukalayev aldığı xəsarətlərdən ölüb. Məlumatda bildirilir ki, həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, İlham Ukalayev yaşadığı ünvanın yaxınlığında qonşusuna məxsus köhnə evin daş barısını uçuran zaman ehtiyatsızlıqdan daş barı onun üzərinə tökülüb. Nəticədə İlham Ukalayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.