Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı tamamilə boşalıb. Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı tamamilə boşalıb.

Nardaranda meydan boşaldı - Yeniləndi

Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı tamamilə boşalıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.

Sakinlər öz evlərinə dağılışıblar.

Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.

***
17:09

Nardaranda meydanın boşaldılmasına qərar verildi

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Nardaran sakinləri günorta saatlarında Hüseyniyyə məscidində toplaşaraq apardıqları müzakirələrin sonunda qərar qəbul ediblər.

Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.