Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub. Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub.

Tovuzda polisi avtomobil vurdu

Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.