Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçirilib. Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçirilib.

Yığmamız olimpiadaya 4 lisenziya qazandı

Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçirilib.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Corc Braun Konfrans Mərkəzinin Yarış zalında 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə aparıblar. Bu turnirdə Azərbaycan milli komandası iştirak edib. 8 kişi və 3 qadın atletlə dünya çempionatına qatılan yığmamızın uğurla çıxış edib.

Hyustonda keçirilən dünya çempionatında 3 qadın atletimiz iştirak edib. Silviya Angelova 48 kq çəki dərəcəsində 34-cü yeri tutaraq bizə xal qazandırmayıb. Əvəzində 58 kq-da çempion olan Boyanka Kostova 28 xal, 69 kq çəki dərəcəsində isə 13-cü olan Anastasiya İbrahimli 13 xal əldə edib.

Ötən il Qazaxıstanda qazandığımız 19 xalın üzərinə bu il 41 xal əlavə etsək də, toplamdakı 60 xal bizə yalnız 26-cı yeri tutmaq imkanı verib. Bu isə qadınlarda heç bir lisenziya əldə etməməyimiz deməkdir.

62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov 23, 69 kq çəki dərəcəsində 6-cı olan Firudin Quliyev və 77 kq çəki dərəcəsində eyni pilləni tutan Elxan Əliquluzadə hərəyə 20 xal, 94 kq çəki dərəcəsində yarışan İntiqam Zairov 9-cu pillə ilə 17, Rövşən Fətullayev 12-ci pillə ilə 14 xal, 105 kq çəki dərəcəsində Nailxan Nəbiyev 21-ci pillə ilə 5, Dadaş Dadaşbəyli isə 9-cu pillədə qərarlaşaraq 18 xal qazandırıb. Ötən il Qazaxıstandakı dünya çempionatında isə cəmi 23 xal qazanmışdı.

Hyustonda isə bunun üzərinə 112 xal (bu xalların 90-nı "Zirvə" İdman Klubunun atletləri qazanıblar) əlavə etdik və aktivimizdə toplam 135 xal oldu. Bu isə bizə 16-cı yeri tutmaq deməkdir. Bu pillədə qrarlaşaraq Azərbaycanın kişilərdən ibarət ağır atletika yığmasının Rio Olimpiadasında 4 lisenziya qazanması deməkdir.