AZYAŞLI QIZLARI VƏ ARVADI İŞİD-ə QOŞULAN ŞƏXS DƏHŞƏTLİ FAKTLAR AÇIQLAYIR: TERRORÇU QRUPLAŞMAYA QOŞULANLARI KİMLƏR HİMAYƏ EDİR; KEÇMİŞ MTN-çiləri İŞİD-ə BAĞLAYAN TELLƏR... AZYAŞLI QIZLARI VƏ ARVADI İŞİD-ə QOŞULAN ŞƏXS DƏHŞƏTLİ FAKTLAR AÇIQLAYIR: TERRORÇU QRUPLAŞMAYA QOŞULANLARI KİMLƏR HİMAYƏ EDİR; KEÇMİŞ MTN-çiləri İŞİD-ə BAĞLAYAN TELLƏR...

“MTN İŞİD-ə “yaşıl işıq” yandırırdı” – Qızları Suriyaya qaçırılan atadan şok ittihamlar

AZYAŞLI QIZLARI VƏ ARVADI İŞİD-ə QOŞULAN ŞƏXS DƏHŞƏTLİ FAKTLAR AÇIQLAYIR: TERRORÇU QRUPLAŞMAYA QOŞULANLARI KİMLƏR HİMAYƏ EDİR; KEÇMİŞ MTN-çiləri İŞİD-ə BAĞLAYAN TELLƏR...


Məlum olduğu kimi, bir müddət əvvəl ölkədən qanunsuz şəkildə çıxarılan və İŞİD-ə qoşulduğu bildirlən iki azyaşlı qızın atası İlqar Yusifov AzNews.az-a müraciət edərək heç bir rəsmi qurumun onun işinə baxmadığından şikayət etmişdi. Onun mətbuata üz tutmasından sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti məsələyə münasibət bildirib. İ.Yusifov qurumlara çağırılaraq bununla bağlı iş başladıldığı barədə məlumat verilib.

İlqar Yusifov məsələ ilə bağlı son məlumatları AzNews.az-a danışıb.

- İlqar, son vəziyyət nədir? Yeni hansı məlumatlar var?

- Son məlumat deyəndə ki, zaman-zaman hansısa quruma çağırılıram, izahat alınır, yenidən qayıdıram evimə. Yenilik bundan ibarətdir. Gözlə görüləcək, əllə tutulacaq heç bir xəbər yoxdur. Mənim xəbərdarlıq etməyimə, mənə söz verilməsinə rəğmən yoldaşım və qızlarım ölkədən çıxarılıb. Bunu da mənə söz verən adamlar ediblər. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin işçiləri də vaxtilə mənə söz veriblər, lakin görünüən odur ki, göz yumublar. Elçin və Pərviz adlı MTN-çilər mənlə əməkdaşlıq ediblər. Bütün məlumatları məndən alıblar. Amma məlum olur ki, sən demə onlar özləri elə ailəmi buradan çıxaran şəxslərlə işləyirmişlər.

"MTN ƏMƏKDAŞLARI CİNAYƏTKAR ŞƏBƏKƏYLƏ İŞLƏYİRDİ"



- Siz haradan belə qənaətə gəlmisiniz ki, həmin MTN-çilərin ailənizi buradan çıxaran şəbəkə ilə əlaqələri var?

- Sizə bir neçə fakt deyim. Ailəm müəmmalı şəkildə yoxa çıxdıqdan, yəni Azərbaycandan aparıldıqdan sonra, Pərviz və Elçinlə aramızda olan söhbətləri indi o şəbəkənin üzvlərindən eşidirəm. Biz apellyasiya məhkəməsinə hazırlaşırdıq, yoldaşımın psixoloji durumu ilə bağlı klinikada müayinədən keçdiyi sənəd tapdım. O sənədi tapdığımı da yalnız Pərvizə demişdim. 2 gün sonra yoldaşım Pərvizə verdiyim məlumatları mənə "vatçap" vasitəsiylə dedi. Əgər onların həmin şəbəkə ilə əlaqələri yox idisə, sənədi tapdığımı yoldaşım haradan bilirdi?

Onlar məni öz tərəflərinə çəkərək, gözümə kül üfürürdülər, məni loru dillə desək "fil qulağında yatırırdılar". Vəd verirdilər ki, sən bizimlə əməkdaşlıq et və arxayın ol ki, ailəni buradan çıxmağa qoymayacağıq. Appelyasiya məhkəməsinə müraciət etməyimi də onlar məsləhət görmüşdü. Deyirdilər narahat olma, uşaqlarını alıb verəcəyik. Amma nəticə göz qabağındadır.

Bu adamlar həmin şəbəkə ilə işləyirdilər, ona görə də həyat yoldaşımın getməsinə kömək edən qrupları zərərsizləşdirmədilər.

Əgər onların o işdə əlləri yoxdursa, məhkəmə niyə 20 ay davam etdi. Onlar birbaşa məhkəməyə də təsir göstərdilər, bu işlə əlaqəli olan digər qurumlara da təsir göstərdilər.

- Bəs indi o adamlarla, keçmiş MTN-çilərlə əlaqələriniz nə səviyyədədir? O adamlar haradırlar, nə edirlər?

- Onlarla əlaqələrim var, lakin artıq mənə o işlə bağlı hər hansı məlumat vermirlər. Prokurorluğa yönəldirlər. Lakin prokurorluqda mənə bu məsələ ilə bağlı çox danışmamağı məsləhət görüblər. Hətta mənə protokola qol çəkdiriblər ki, bu məsələ dövlət sirri olduğu üçün heç bir yerdə danışmayım. Lakin bu cinayətlə bağlı heç kim istintaqa çağırılmayıb, dindirilməyib. Burada birbaşa icra hakimiyyətinin qəyyumluq məsələsinə baxan şöbəsinə də təsir olmuşdu. Uşaqların anaya verilməsi qərarının çıxarılması tapşırılmışdı. Həmin şöbədə çalışan Elşad müəllim məhkəmədən çıxanda mənə dedi ki, biz MTN-dən tapşırıq almışdıq. Bilirdik ki, sənin yoldaşın nəzarətdədir. Lakin dedilər ki, onlara "yaşıl işıq" verin.

"KEÇMİŞ MTN-çilər MƏNİ OLKƏDƏN ÇIXARMAQ İSTƏYİRLƏR"

- Deməli məsələ əvvəldən MTN-in nəzarətində olub və ailənin ölkədən çıxarılmasında birbaşa MTN-in əli var?

- Proseslər bunu deməyə əsas verir. Başqa cür mümkün deyil. İndi həmin MTN-çilər mənim özümü zərərsizləşdrimək üçün yollar axtarır. Həyat yoldaşımı ölkədən çıxaran, onu həmin şəbəkəyə qoşan adamlar indi mənlə əlaqə yaradırlar. Yaxınlıq edirlər. Mənə elə gəlir ki, bu da həmin MTN-çilərin işləridir.

Onlar indi də istəyirlər ki, həmin o şəbəkənin üzvü olan adamların əli ilə loru dildə desək mənim torbamı tiksinlər. Məni başqa-başqa işlərə yönəldib, yoldaşımın adından gəlib inanılmaz şeylər açıqlayırlar. İstəyirlər ki, hansı formada olur-olsun mən o şəbəkənin üzvləri ilə əlaqədə olum. Ölkədən çıxarmaq istəyirlər məni. Çünki səhəri gün mənim özümü də bu şəbəkənin üzvü kimi təqdim etmək fikirləri var. Ailəmin şəbəkəyə qoşulmasından günahkar olan şəxslərdən biri - Şəhla mənə gedib onları gətirməyimi deyir. Bilirəm ki, mən ölkədən çıxan kimi ailəmi mənim yola saldığımı deyəcəklər. Mən əmənliklə deyə bilərəm ki, bu oyunun arxasında keçmiş MTN-nin əməkdaşları dayanıb. Maraqlıdır ki, Şəhla yoldaşımın beynəlxalq axtarışa verildiyini, mənim Elçinlə danışdıqlarımı haradan bilir?


- Amma bizə ilk müraciətində bildirmişdin ki, yoldaşının getməsində qonşuların birbaşa rolu var...

- Həmin insanlar mənim icazəm olmadan mütəmadi olaraq evimdə olublar. Yoldaşımın bu şəbəkəyə girməsinə də, Azərbaycandan qanunsuz çıxarılmasına da birbaşa olaraq onlar səbəbkardırlar.



- Həmin qadınlar kimlərdir?

- Həmin xanımlar Əfsanə, Şəhla, Yeganə, Şəbnəm, Aidə, Məlahət İbrahimovadır. Amma mənə sonradan onların arxasında dayanan kişilərin adları da məlum olub. Onlar Nurlan, Cavid və digərləridir.

- Həmin qadınlardan konkret olaraq kim sizinlə danışıb və nə deyib?

- Mənimlə Şəhla danışıb. O mənimlə yenidən əlaqəsini bərpa etmək istədiyini deyib. Amma dünənə kimi o məndən qaçırdı, mənimlə danışmaq istəmirdi. Hətta məni kafir belə adlandırırdı. İndisə mənimlə əlaqə saxlayıb öz işlərində istifadə etmək istəyir.

- Hesab edirsiniz ki, həmin qadınlar MTN-nin əməkdaşlarıdır?
- Bəli.

- Həmin Şəhlanın hazırda yoldaşınız və uşaqlarınızla əlaqəsi varmı?

- Onun dediyinə görə əlaqəsi yoxdur. Amma Şəhla mənə zəng vurub onlardan xəbər olduğunu deyib. Onunla görüşəndən sonra mənə dedi ki, ailəm Əfsanəgillə birgə Türkiyə - Suriya sərhədindədir. Guya, onlar Azərbaycan tərəfinə keçmək istəyirlər. Ona bunu haradan bildiyini sual verdim. Məlumatı Əfsanənin xalasıgildən öyrəndiyini dedi. Çünki Əfsanənin xalası qızı onun qardaşının arvadıdır.

"MTN DİN-ə TƏZYİQ EDİB"

- Müraciət etdiyiniz Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Baş Prokurorluğun bu məsələyə belə laqeyd yanaşmasını nə ilə əlaqələndirirsiniz?

- Hesab edirəm ki, bu işdə də MTN-nin əli var... Onlar qeyd etdiyiniz qurumlara təzyiq ediblər.

- Axı həmin qurum hazırda ləğv olunub…

- Qurum ləğv olunub, bəzi işçilər çıxarılıb, amma yerinə başqa qurum yaradılıb. Demək ki, bu məsələyə də yerində yaradılmış qurum baxmalıdır. Dünən məni Dövlət Təhlükəsizlik Xidmətinə çağırmışdılar, amma MTN-in işçiləri – Pərviz və Elçin məni qarşıladı və hədə-qorxu gəldilər. Bu işin açılmamasının əsas səbəbi odur ki, onlar özlərini cinayət məsuliyyətinə cəlb etmək istəmirlər. Mən prezidentdən kömək istəyirəm.

- Bu işdə əli olan MTN əməkdaşları hazırda DTX-da fəaliyyət göstərirlər?


- Bəli, təəssüf ki, elədir. Pərviz öncə mənə işdən çıxdığını demişdi. Amma sonradan MTN-ə Mədət Quliyevin qəbuluna girmək üçün gedəndə onların orda olduğunu gördüm. Qəbula nəyə görə gəldiyimi dedikdən 10 dəqiqə sonra Pərviz və Elçin çox həyəcanlı şəkildə gəlib mənim bu işlə bağlı prokurorluğa müraciət etməyimi dedilər.

"QIZIM CƏMI 10 DƏQIQƏ YAZA BILDI, SONRA YOXA ÇIXDI"



- Uşaqlarınızla bağlı hansı yeni xəbər var?

- Yoldaşımı Suriyaya aparan Əfsanənin anası Validə ilə mesajlaşdıqdan bir gün sonra qızım dekabrın 29-u axşam saatlarında mənə bunları yazdı: "Salam ata. Necəsən? Sənin üçün çox darıxmışıq. Vəziyyətin necədir? Bizə görə narahat olma. Biz də yaxşıyıq". Qızım cəmi 10 dəqiqə yaza bildi, sonra yoxa çıxdı.

- Əminsinizmi ki, yazan qızınızdır?

- Ona əmin ola bilmərəm. Çünki elə bir proqram var ki, iki nəfər mesajlaşan zaman üçüncü şəxs də ona müdaxilə edə bilər. Mən bilirəm ki, bu günə kimi dinlənilirəm və izlənilirəm.

"HƏYATIM TƏHLÜKƏDƏDİR, DİN MÜRACİƏTİMƏ BAXMIR"



- İzlənilməyinizlə bağlı Daxili İşlər Nazirliyinə etdiyiniz müraciətə reaksiya verildimi?

- Nazirlikdən heç bir şeyə əhəmiyyət vermirlər. Hətta yoldaşım və uşaqlarımın Azərbaycanda olduğunu deyən haker Kamranı belə çağırılıb dindirilməyib. O, sonuncu dəfə sahə müvəkkili Vasif müəllimə də ailəmin burada olmasını təsdiq etdi. Sadəcə burada nə maraq varsa, mənim uşaqlarımın tapılmasını istəmirlər. Bu hadisə zamanı yalnız mənim qaynatam dindirilib. O da qızının Suriyada olduğunu deyib.
Nazirliyə müraciətimdən sonra Abşeron Rayon Polis Bölməsinə çağırıldım. Amma mənim izahatımı alan adam səhəri gün iş yerini dəyişdi. Ondan sonra heç bir xəbər yoxdur. Hətta təhlükəsizliyim ilə bağlı müraciət etsəm belə nəticə yoxdur.
Onu da deyim ki, bu yaxınlarda dostumun köməkliyi ilə MTN əməkdaşı ilə görüşdüm. O dedi ki, əgər onlara yuxarıdan əmr gəlsə, biz bu işlə bağlı nəticə verə bilərik. Hətta uşaqlarını belə Suriyadan belə gətirə biləcəklərini bildirdi.

- Sizcə həmin qadınlar yenə də Azərbaycandan Suriyaya xanımlar göndərirlər?

- Onu deyə bilərəm ki, hazırda Şabran rayonunun Pirhəsən kəndi nəzarətdədir. Bunu da mənə Şəhla deyib. Həmin kənd bu məsələlərdə çox strateji yerdir.

AzNews.az