Həmyerlimiz Namiq Əsədov Bakı Marafonu 2016-da finişə birinci gəlib. Həmyerlimiz Namiq Əsədov Bakı Marafonu 2016-da finişə birinci gəlib.

Bakı Marafonu 2016-nın qalibləri məlum oldu- Fotolar

Həmyerlimiz Namiq Əsədov Bakı Marafonu 2016-da finişə birinci gəlib.

İkinci yeri Gürcüstan vətəndaşı Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri Rəqsanə Rəcəbli tutub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

xeyriyyə məqsədi daşıyan tədbirə ümumilkdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

***
10:17

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilir.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilir.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilkdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərlərini finiş xəttinə çatdırmaq üçün marşrut boyu avtobus dayanacaqları - Dövlət Xalça Muzeyinin qarşısında, "Boulevard Hotel"in, Heydər Əliyev Mərkəzinin yanında, "Koroğlu" metrostansiyası yaxınlığında və Böyük Şor Bulvarında - qurulub.

Marşrut boyu iştirakçılara yardım məntəqələri də fəaliyyət göstərir. Burada iştirakçılar su və ilkin tibbi yardımla təmin edilir, həmçinin yarış boyu iştirakçıları təcili tibbi yarım maşınları müşayiət edir.

Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər, oyunlar, lotereyalar və s. gözləyir.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.








Trend