"Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur". "Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur".

“Azərbaycanda erməni meyitləri yoxdur” - Dövlət Komissiyası

"Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur".


Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından da bildirilib ki, hazırda Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, aprelin əvvəllərində baş vermiş döyüş toqquşmalarında öldürülmüş altı erməninin meyitinin Azərbaycanda olduğu barədə məlumat yayılıb.

APA.az