07:38
(077) 610-22-33

Heydər Əliyevin ildönümü Lənkəranda belə qeyd edildi - Fotolar

  • >
1 360 10 May 2016 15:38 | Cəmiyyət

Mayın 10-da görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Lənkəranda da təntənə ilə qeyd edilib.


AzNews.az xəbər verir ki, əvvəlcə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ulu öndərin abidəsini ziyarət edib, abidənin önünə qərənfil dəstələri qoyub.
Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri abidə kompleksinin önünə çiçəklər düzüb, H.Əliyevin xatirəsini ehtiramla yad etdilər.

Daha sonra ümumxalq ziyarəti başlanılıb.

***

Həmin gün Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH-nin və YAP Lənkəran Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir" mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov da iştirak edib.
Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov mərhum prezidentin həyat və fəaliyyəti barədə geniş danışaraq çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində onun müstəsna xidmətləri olduğunu vurğulayıb. Natiq qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmış, geniş islahatların keçirilməsində, əsrin neft kontraktının bağlanmasında böyük əmək sərf etmiş, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir: "Hazırda Ulu Öndərin siyasi kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir".

Sonra YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov "Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir" mövzusunda məruzə ilə çıxış edib.
Lənkəran rayon Ağsaqqallar Şurasının üzvü Ramazan Quliyev, yazıçı-publisist Siyavuş Süleymanlı və şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva konfransda çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, onun şərəfli tarixi irsi və bu irsin nəsillərə örnək olması barədə fikirlərini söyləyiblər.

***

Bu gün isə Heydər Əliyevin anadan olmasının 93 ili münasibətilə Lənkəranda kütləvi ağacəkmə aksiyası keçirilib. Min nəfərə yaxın sakinin iştirak etdiyi aksiyada 2500-ə yaxın ağac, 3000 mindən çox gül kolları əkilib.




Bağla X