23:24
(077) 610-22-33

Daha 6 avtobusda gediş haqqı kartla ödəniləcək

  • >
1 385 11 May 2016 16:48 | Cəmiyyət

Bu il iyunun 1-dən Bakının daha 6 avtobus marşrutunda nağdsız gediş haqqının tətbiq ediləcəyi gözlənilir.


Bunu "Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov deyib.

Onun sözlərinə görə, avtobuslarda nağdsız gediş haqqı üçün oxuyan qurğuların quraşdırılması üzrə işləri ayın sonunadək başa çatdırmaq planlaşdırılır.

Söhbət Bakıda 6 marşrut xətti (18, 61, 65, 85, 79 və 96 nömrəli sərnişin avtobusları) üzrə hərəkət edən 130 avtobusdan gedir.

Trend.az
Bağla X