“Son günlər bəzi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır”. “Son günlər bəzi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır”.

Tarif Şurasından işıq və qazın bahalaşacağı ilə bağlı - Açıqlama

“Son günlər bəzi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır”.


Bu barədə Tarif (qiymət) Şurasının elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlarla bağlı verilən açıqlamasında deyilir.

Tarif (qiymət) Şurası bildirib ki, təbii qaz və elektrik enerjisinin qiymətlərinin artırılması hazırda müzakirə olunmur:

" Bildiririk ki, Tarif (qiymət) Şurasına elektrik enerjisinin ,təbii qazın tariflərinin dəyişdirilməsi barədə müraciət daxil olmayıb və hazırda Tarif (qiymət) Şurasında bu məsələlər müzakirə edilmir".

Qeyd edək ki, Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Modern.az