Bu ilin yanvar-aprel aylarında Bakıda şadlıq evi və restoranlarda 6324 toy olub. Bu ilin yanvar-aprel aylarında Bakıda şadlıq evi və restoranlarda 6324 toy olub.

“Şou-biznes nümayəndələri gəlirlərini gizlətməkdə davam edir”

Bu ilin yanvar-aprel aylarında Bakıda şadlıq evi və restoranlarda 6324 toy olub.


Bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi şou-biznes nümayəndələri gəlirlərini gizlətməkdə davam edir: "Bir qrup şou-biznes nümayəndəsi qonorarlarını düzgün qeyd etmir. Onlar 20 manat qonorar aldığını qeyd edirlər. Bir qrup isə ümumiyyətlə iddia edir ki, toya getməyib. Bəs onlar necə dolanır? Hava ilə?!"

Nazir müavini əlavə edib ki, hazırda bu istiqamətdə maarifləndirici tədbirlər görülür. S. Ələkbərov qeyd edib ki, maarifləndirici tədbirlər nəticə verməsə, bu sahəyə nəzarət gücləndiriləcək.

APA.az