Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsində telefonunu enerji yığması üçün ofisianta verən müştəri qəribə hadisə ilə üzləşib. Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsində telefonunu enerji yığması üçün ofisianta verən müştəri qəribə hadisə ilə üzləşib.

“Mado”da rüsvayçılıq - Telefonu “zaryadka”ya qoymaq 35 manatdır (Fotofakt)

Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsində telefonunu enerji yığması üçün ofisianta verən müştəri qəribə hadisə ilə üzləşib.


AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Şahin Amanov feysbukda yazıb. O, sonda bu xidmət üçün 35 manat ödəməli olduğunu öyrənib: "Telefonu "zaryadka"ya qoymaq istədim,ofisiant dedi ķi 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki zaryadkada 7-8 dənə telefon var. Dedim onda hesabı gətirin, "zaryadka" lazım deyil. Hesab gəlib. Ofisianta deyirəm, qardaş, bu Powerbank 5200 nədirsə,biz belə şey yeməmişik".

Ofisiantın cavabı isə belə olub: "Bayax telefonu "zaryadka"ya qoymaq üçün aparat istəmədiniz? Əslində "zaryadka"ya qoymaq özü pulsuzdur. Ancaq bu aparatın qiyməti 35 manatdır. Onu da hesaba hər ehtimala qarşı yazırıq ki,birdən gedəndə götürüb özünüzlə apararsız".