13:48
(077) 610-22-33

FHN-dən məktəbdəki yanğınla bağlı - Son məlumat

  • >
1 989 23 May 2016 12:34 | Cəmiyyət

Fövqalədə Hallar Nazirliyi Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb.

Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib.

Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub.

Yanğın saat 9:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bağla X