Hazırda küçə və prospektlərdə kirayəyə verilən obyektlərin sayının gündən-günə artır. Əvvəl paytaxtda kirayə obyekt tapmaq müşkül məsələ idisə, hazırda iri obyektlərin aylaradır müştəri gözlədiyi müşahidə olunur. Hazırda küçə və prospektlərdə kirayəyə verilən obyektlərin sayının gündən-günə artır. Əvvəl paytaxtda kirayə obyekt tapmaq müşkül məsələ idisə, hazırda iri obyektlərin aylaradır müştəri gözlədiyi müşahidə olunur.

Paytaxtdakı obyektlər boşalır - Fotolar

Hazırda küçə və prospektlərdə kirayəyə verilən obyektlərin sayının gündən-günə artır. Əvvəl paytaxtda kirayə obyekt tapmaq müşkül məsələ idisə, hazırda iri obyektlərin aylaradır müştəri gözlədiyi müşahidə olunur.


Bakının mərkəzindəki Üzeyir Hacıbəyov, 28 May, Rəşid Behbudov küçələrində, metronun İçərişəhər, Sahil, Nizami stansiyalarının yaxınlığından tutmuş ətraf ərazilərə qədər hər yerdə vəziyyət eynidir.

Ev, əmlak alqı-satqısı, kirayəsi ilə məşğul olan rieltorlar nəinki mağaza, obyekt, indi heç ev sata bilmədiklərini deyirlər.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu tendensiya kirayə obyekt sektorunda gəlirliliyin azalması ilə bağlıdır: "Çünki rentabelli işləyə bilmirlər. Obyektin sahibi isə yeni icarəçi tapana qədər obyektlər boş qalır. Gəlirlər artdıqdan sonra icarə obyektlərə də tələbat çoxalacaq. Amma bu müddət təxminən iki ilə qədər çəkəcək. Yaxın vaxtlar ərzində vəziyyətin düzələcəyi gözlənilmir".

Durğunluq olmasına rəğmən, icarə obyektlərinin qiymətində ucuzlaşma qeydə alınmır. Ekspert bunu belə izah edir: "Hər bir obyektin kapitallaşması əmsalı var. Adətən, iri obyektlər maliyyə dayanıqlığı yüksək olan şəxslərə aiddir. Onların da qazancı o obyektdən asılı olmadığı üçün obyekti boş saxalayırlar, amma qiyməti ucuzlaşdırmırlar.

Hazırda icarəyə verilən obyektlərin qiymətində 20-25 faiz azalma olsa da, müştəri kasadlığı var. Bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır".

Teleqraf.com