Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb. Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.

Toyundan sonra yoxa çıxan gəlin haqda şok təfərrüat - Əri öldürübmüş (Yenilənib 2)

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.


23 yaşlı Gülnar Həbibovanı öz həyat yoldaşı qətlə yetirib. Sonra isə onun itkin düşməsi barədə polisə məlumat verib.

Gülnar Həbibova Sankt Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.

Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.



22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonun zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb lakin hara getdiyini o bilməyib.

O zamandan Gülnar Həbibova haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.

Bu gün isə Samir Həbibov Gülnar Həbibovanın qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnar itməyib və evdən qaçmayıb. "Mayın 26-sı Samir Həbibov aprelin 22-si Marşal Jukov prospektində yerləşən mənzildə Gülnar Həbibovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb" - deyə Peterburq üzrə Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq idarəsinin rəsmi nümayəndəsi Sergey Kapitonov "Komsomolskaya Pravda" qəzetinə bildirib.

Məlumata görə, hazırda Samir ifadə verir, onun günahını etiraf edib-etmədiyi haqda məlumat yoxdur.

Həlik gənc gəlinin meyiti tapılması barədə məlumat yoxdur.



Anspress.com

14:31
***

Aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.

Bu barədə onun atası Şücaət Vəliyev məlumat verib

Şücaət Vəliyevin sözlərinə görə, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb: "Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq. Bir neçə gün bundan qabaq yeznəni tutublar. O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?"

Gülnarə Vəliyevanın meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb. Gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibov istintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb. Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.

15:35
***
Peterburqda qətlə yetirilən Gülnarə Vəliyevanın ölümünün təfərrüatı məlum
olub.

Gülnarənin əri istintaqa onu öldürmək niyyətində olmadığını bildirib: "Biz evdə mübahisə etdik. Mən onu yüngülcə vurdum. O, çox pis yıxıldı. Başı yerə dəydi və keçindi".

Bundan sonra Samir Gülnarənin meyitini velosipedlə yaşadığı yerdən 12 km aralıda yerləşən meşəliyə aparıb, orada basdırıb. O, əvvəlcə meyitin basdırıldığı yeri tapa bilməyib. Amma 4 saatlıq araşdırmadan sonra həmin yeri müstəntiqlərə göstərib.

Lent.az