“Təmiz Dünya” Qadınlara Yardım təşkilatı və MAF Exluziv Lounge Klubun təşkilatçılığı ilə “Labirintdən çıxış” adlı xeyriyyə tədbiri keçirilib. “Təmiz Dünya” Qadınlara Yardım təşkilatı və MAF Exluziv Lounge Klubun təşkilatçılığı ilə “Labirintdən çıxış” adlı xeyriyyə tədbiri keçirilib.

Labirintdən çıxış… - İnsan alveri ilə mübarizə üzrə xeyriyyə tədbiri keçirildi

“Təmiz Dünya” Qadınlara Yardım təşkilatı və MAF Exluziv Lounge Klubun təşkilatçılığı ilə “Labirintdən çıxış” adlı xeyriyyə tədbiri keçirilib.


AzNews.az xəbər verir ki, xeyriyyə tədbirinin əsas məqsədi insan alveri ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi, insan alveri qurbanlarına yardım və İnsan alveri ilə mübarizə üzrə Milli Fəaliyyət Planına dəstək vermək olub. Tədbirdə bir sıra rəsmi qurumların nümayəndələri qatılmaqla insan alveri ilə mübarizəyə öz dəstəklərini göstəriblər. Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, DİN-in insan alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşı F. Əliyev, Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinin rəhbəri Həzakət Balabəyova, Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko xeyriyyə tədbirində çıxış edərək, belə tədbirlərin təşkilinin vacibliyindən danışıblar. Tədbirdə şıxış edənlər insan alveri ilə mübarizədə cəmiyyətin bütün sosial təbəqələrinin iştirakının zəruriliyini vurğulayıb. Ukraynanın Azərbaycandakı konsulu çıxışını "Yardım etdiyin qədər insansan" sözləri ilə tamamlayıb.

Labirintdən çıxış... adlı xeyriyyə tədbirinə Azərbaycanın tanınmış müğənniləri də öz dəstəklərini verib. Hollandiyanın qadın vəkfinin rəhbəri eyni zamanda opera solisti Oya Elgun, İzzət Bağırov,Samira Allahverdi, Elnur Xəlilov, Əbdül Xalid, Sabina Selcan, Dəniz Firudinli, Namaz Qulizadə, Səs qrupunun üzvü Müsviq Hümmətli, Gündəm qrupu, Şəbnəm Qəhrəmanova, Arif Səlimov, Rauf İbrahimov maraqlı ifaları ilə yanaşı, bundan sonrakı tədbirlərdə də iştirak edərək insan alveri qurbanlarına dəstək olacaqlarını bildiriblər. Tədbirə Exluziv Lounge Klubun tədbirin keçirilməsi üçün yeri "S Cake House" öz şirniyyatları, MAF, fotoqraf Elnu E.N.E.S. tədbirin şəkillərinin çəkilməsi ilə dəstək verib. Xeyriyyə təbirindən toplanan 1227 manat vəsait aktlaşdırılaraq DİN-nin İnsan Alveri Qurbanlarina kömək fonduna köçürülüb.



image description image description image description image description image description