28 may - Respublika Günü münasibətilə ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib. 28 may - Respublika Günü münasibətilə ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib.

Batumidə Respublika Günü - (Fotolar)

28 may - Respublika Günü münasibətilə ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli mərasim keçirilib.

AzNews.az xəbər verir ki, mərasimdə, Acarıstan Muxtar Respublikasınin Səhiyyə və əhalinin sosial müdafiə naziri Nuqzar Surmanidze, maliyyə və iqtisadiyyat naziri-Davit Baladze, kənd-təsərrüfatı naziri -Zaur Putkaradze, təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili ,Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları,Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan və Konsulluğunun əməkdaşları, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları,Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, "AcaraTV"nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət Himnlərinin səslənməsi ilə başlayıb.

Mərasimin açılış nitqində Baş Konsul Rəşad İsmayılov 28 may 1918-ci ildə qəbul olunmuş "Müstəqillik Deklarasiyası" ilə müsəlman şərqində ilk dəfə dünyavi demokratik Respublikanın qurulduğunu qeyd edərək, Azərbaycan Demokratik Respublikasının özünəməxsus parlameti, höküməti, ordusu, pul vahidi və digər dövlət rəmzləri mövcud olduğunu vurğulayıb.

ADR-in mili dövlətçilik ənənələrinin bərpasında müstəsna rolunun olduğu barədə məlumat verib, Respublikamızın öz müstəqilliyini 1991-ci ilin 18 oktyabr tarixində bərpa etdiyini bildirib.

Ötən 20 il ərzində Respublikamız və dövlətçiliyimiz ağır sınaqlardan keçdiyini və 1988-ci ildən Azərbaycan xalqı, Respublikamız, Ermənistan işğalının qarşıdurması şəraitində yaşadığını bildirib. Uzun illərdir ki baş verən münagişənin əsas mahiyyəti, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni əhalisinin öz müqəddəratını təyin etmək bəhanəsilə, Azərbaycanın 20% torpaqlarını işğal edilib.

Baş Konsul, 1993-cü ilin may-iyun aylarında yaranmış ciddi hökümət böhranı nəticəsində ölkədə vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi yarandığını və Azərbaycan xalqı ən ağır günlərinə şahid olaraq, mövcud hökümətin dəyişdirilməsini tələb edərək, öz taleyini yenidən görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdiyini xüsusilə vurğulayıb.

Natiq bildirib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan zəruri iqtisadi islahatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə durumuna gəlib.
Mərasimdə Acarıstan Muxtar Respublikasınin Səhiyyə və əhalinin sosial müdafiə naziri Nuqzar Surmanidze, Respublika Günü münasibətilə ən xoş arzularını dilə gətirərək, Acarıstan Muxtar Respublikasınin Hökumət sədri Arcil Xabadzenin Azərbaycan xalqına ünvanlanan təbrik məktubunu oxuyub.

Sonra qonaqlara Azərbaycan və Gürcü musiqiçilərinin ifasında xüsusi hazırlanmış musiqi proqramı təqdim edilib.

Proqram çərçivəsində rəqs qrupu tərəfindən hazirlanmış "Sarı gəlin"rəqsi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.