21:11
(077) 610-22-33

Nazirliklər AzNews.az-ı təbrik etdi - Mətn

  • >
2 096 1 Avqust 2016 13:14 | Cəmiyyət

AzNews.az saytının yaranmasının 4 illiyi münasibətilə saytın kollektivinə təbriklər gəlməkdə davam edir.


Təbrik ünvanlayanlar arasında Mədəniyyət və Turizm Nazirliyi də var.

Nazirlikdən redaksiyamıza daxil olan təbrik məktubunun mətnini təqdim edirik:

"Azərbaycan mədəniyyətinin təbliğatında, mədəni-irs nümunələrimizin bütün sahələrini əhatə edən problemlərin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin əvəzsiz xidmətləri var. Bunun üçün əməyi keçən hər kəsə təşşəkürümüzü bildiririk. Bu təbliğat vasitələrinin içində AzNews.az saytının da özünəməxsus rolu var.

Bu illər ərzində mədəniyyətimizin bütün sahələrində baş verən prosesləri daim yaxından izləmiş və oxuculara çatdırmısınız. Bu sahədə olan böyük hadisələri, yeni layihələri, inkişaf edən sahələri, o cümlədən zaman-zaman mövcud olan problemləri də geniş oxucu kütləsinə çatdırmısınız. Hazırda ölkəmizin qeyri-neft sektorunda prioritetlərdən olan turizm sahəsinin də inkişafı ilə baglı yeniliklər saytınız vasitəsi ilə yayılıb. Bundan sonra da Azərbaycan madəniyyətinin və turizminin AzNews.az saytı tərəfindən təbliğ olunacağına inanırıq. Bu qısa müddətdə yuxarıda qeyd etdiyim sahələrin təbliğatı ilə bağlı gördüyünüz böyük işlərə görə saytınızın bütün redaksiya heyətinə ayrı-ayrılıqda təşəkkürümüzü bildirir və 4 yaşınızı ürəkdən təbrik edirik. Arzu edirik ki, uğurlu fəaliyyətiniz daimi olsun və əməkdağlıgımız bundan sonra da inkişaf etsin".

Saytımızı təbrik edən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Nazirliyin mə daxil olan təbrik məktubunda deyilir: "Yarandığı vaxtdan aktual ictimai-siyasi və mənəvi-əxlaqi mövzuları əhatə edərək qısa müddət ərzində milli mediamızda özünəməxsus yer tutan AzNews.az saytının 4 yaşının tamam olması münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. AzNews.az saytı çoxsaylı mətbu orqanların mövcud olduğu şəraitdə maraqla izlənilən xəbər saytlarından biri kimi seçilir. Buna səbəb saytın həmişə ictimai-siyasi prosesləri, ölkə həyatının bütün sahələrində, eləcə də əmək və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini obyektiv mövqedən, eyni zamanda operativ şəkildə cəmiyyətə təqdim edə bilməsidir.

Peşəkar və səmərəli fəaliyyətiniz, milli mətbuat ənənələrinə sadiqliyiniz, informasiya təminatında fəal iştirakınız və həmişə əsas xəbər mənbələrindən biri ola bilməyiniz izləyici auditoriyanızın daim genişlənməsinə səbəb olub. Jurnalist peşəsinə həmişə hörmət hissi ilə yanaşan, istedadlı və səmimi əməkdaşların çalışdığı AzNews.az saytının kollektivini bir daha ürəkdən təbrik edir, hər birinizə ilk növbədə möhkəm can sağlığı, firavan həyat və tükənməz yaradıcılıq enerjisi arzulayırıq".
Bağla X