Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Xədicə İsmayıl vəkildən imtina etdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.


Prosesdə şikayət üzrə məhkəmənin ilkin baxışı keçirilib və X.İsmayıl dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsi barədə ərizə təqdim edib. Məhkəmə ərizəni təmin edib.

İş üzrə məhkəmə prosesi avqustun 15-ə təyin olunub.

Xatırladaq ki, X.İsmayıl şərti həbs cəzası müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilərək Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Trend.az