Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq. Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq.

Bu gün hansı ərazilərdə su olmayacaq?

Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq.


"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.