05:54
(077) 610-22-33

Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlandı - Siyahı

  • >
2 191 2 Avqust 2016 12:46 | Cəmiyyət

"2016-cı il avqustun 1-nə olan proqnoza görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb".


Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: "Baş verən zəlzələlərdən 10-u hiss olunub".

Q.Yetirmişli bu il ərzində ölkə ərazisində seysmoloji cəhətdən aktiv olan bölgələrin adlarını da açıqlayıb: "Azərbaycanda ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində də 93 təkan qeydə alınmışdı".

Report.az
Bağla X