06:07
(077) 610-22-33

Dələduzlardan necə qorunmaq olar?

  • >
1 307 2 Avqust 2016 16:10 | Cəmiyyət

Son vaxtlar ölkədə dələduzluq hallarının sayının artması müşahidə olunur. Buna səbəb nədir? Bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?


Mətbuatda çoxsaylı insanların fırıldaqçıların qurbanına çevrilməsi xəbərlərinə tez-tez rast gəlirik. "Peşəkarlar" müxtəlif yollarla insanların ciblərinə girir, onları aldatmağa müvəffəq olurlar. Dələduzların toruna isə təkcə sadə vətəndaşlar düşmür. Qurbanların sırasında ziyalılar, məşhur şəxslər də var.

Dələduzluqda təqsirləndirilərək mühakimə edilənlərin böyük əksəriyyəti onlara elan olunmuş ittihamla özlərini təqsirli bilmirlər. Bəziləri isə bu cinayətə maddi vəziyyətinin ağır olması, işsizlik ucbatından əl atdıqlarını deyirlər.

Psixoloqların fikrincə, bu qəbildən olan insanların qarşısındakı şəxslərə psixoloji təsir etmək imkanları başqalarına nisbətən daha güclüdür.

Vəkil Fariz Namazlı bəzilərinin bu cinayəti həyat tərzinə çevirdiklərini deyir: "Bəzən heç maddi sıxıntıya görə də etmirlər. Onu törədən şəxslər bunu həyat tərzinə çeviriblər. Ona görə də, bütün dələduzluq işlərində bunu maddi imkansızlıqdan etdiklərini demək doğru olmazdı".

Vəkilin sözlərinə görə, dələduzların sayının artmasına səbəb onlara tətbiq edilən cəzanın sərt olmaması ilə bağlıdır: "Məhkəmə dövründə vurulmuş zərər ödənilirsə, təqsirləndirlən şəxslərə şərti cəza təyin edilir. Bu da həmin şəxslərin yenidən dələduzluq etməsinin qarşısını almır, əksinə, onlar daha da şirniklənirlər".

"Dələduzlardan özünü qorumaq üçün zərərçəkənlər pullarını qanunsuz işlər görmək üçün kimsəyə verməsinlər", - deyə vəkil əlavə edib.

Virtualaz.org
Bağla X