“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi başa çatıb. “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi başa çatıb.

Şuranın dəstəyi ilə keçirilən layihə başa çatdı – Hesabat

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi başa çatıb.


İB-dən AzNews.az-a verilən məlumata görə, layihənin icrası zamanı qarşıya qoyulan məqsədlərə nail olunub, müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası öyrənilib, bu qruplarla Quba (20 may, 2016) və Qax şəhərlərində (04 iyun, 2016) görüşlər keçirilib. Həmçinin Bakı şəhərində bu sahədən yazan jurnalistlər və tələbələr üçün "Azərbaycan mətbuatında multikulturalizm ənənələri" mövzusunda seminar (27 may, 2016, BMM) təşkil olunub.

Layihə çərçivəsində görülən bütün işlər barədə mətbuatda (klassik və yeni media) məlumatların dərc olunmasına səy göstərilib. Ümumilikdə layihə çərçivəsində keçirilən görüşlər və araşdırma yazıları 21 qəzet, sayt və internet portalında 70 dəfə yayımlanıb. Bu fəaliyyət zamanı əsas diqqət milli və dini siyasətə yönəldilib. Hazırlanan məqalələr və hesabatlarda ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyi qeyd olunub.