Samur-Abşeron kanalında 2 nəfər batıb. Samur-Abşeron kanalında 2 nəfər batıb.

Samur-Abşeron kanalında 2 nəfər batdı - Yenilənib

Samur-Abşeron kanalında 2 nəfər batıb.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

12:27
***
Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:40-da başa çatıb.