08:18
(077) 610-22-33

Ölkəyə telefon gətirənlərin nəzərinə - Məhdudlaşdırma olacaq

  • >
3 294 3 Avqust 2016 21:54 | Cəmiyyət

Azərbaycanda fiziki şəxslər tərəfindən mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması planlaşdırılır.


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı iki ildən bir şəxsi istifadə üçün ölkəyə bir mobil telefon gətirə biləcək.

Mənbə bildirib ki, ilkin məlumatlara görə yaxın gələcəkdə qüvvəyə minəcək olan bu yeni üsul dövlət büdcəsinə daxilolmaların artırılmasına imkan verəcək.
Bağla X