Üzərində 394 manat borcu olan qaz sayğacı quraşdırılıb, indi də abonentdən həmin borcu ödəmək tələb edilir. Üzərində 394 manat borcu olan qaz sayğacı quraşdırılıb, indi də abonentdən həmin borcu ödəmək tələb edilir.

Mənzilə üzərində borcu olan sayğac qoyub pul tələb edirlər - Video

Üzərində 394 manat borcu olan qaz sayğacı quraşdırılıb, indi də abonentdən həmin borcu ödəmək tələb edilir.


6 il əvvəl Ağdaşın Cardam kəndinə qaz çəkilib və bütün abonentlər sayğaclarla təmin edilib. Bu zaman Zamiq Göyüşovun evinə işlənmiş, üzərində 394 manat borc olan sayğac qoyulub. Ev sahibi 2 gün sonra bundan xəbər tutub və rayon qaz istismar sahəsinə müraciət edib. İdarədən bildirilib ki, həmin sayğac Gəncədən gəlib və səhvən quraşdırılıb.

Lakin üzərindən 6 il keçməsinə baxmayaraq nə sayğac dəyilşdirilib, nə də borc silinib. İndi isə elə həmin borca görə abonentin qazını kəsiblər.

Zamiq Göyüşov deyir ki, yenidən rayon qaz istismar sahəsinə müraciət etdikdə sayğacın keçmiş rəisin vaxtında quraşdırıldığı əsas gətirilərək borcu ödənilməsi ondan tələb edilib.

Zamiq Göyüşov deyir ki, onun özünün də 210 manat borcu yaranıb və o, bu məbləği ödəməyə hazırdı. Amma bununla problem həllini tapmır.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev "Xəzər Xəbər"ə bildirdi ki, məsələdən onlar da xəbərdardırlar. Sayğacın üzərində olan 604 manat borcdan 210 manatı, yəni qazdan istifadəyə görə yaranan borc abonent tərəfindən ödənildikdən sonra qazın verilişi bərpa ediləcək. Qalan 394 manat üçün isə işci qrupuna müraciət edilib və araşdırılaraq yaxın vaxtlarda silinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.com