05:07
(077) 610-22-33

Avtomobillərdən oğurluq edən şəxs tutuldu

  • >
1 178 4 Avqust 2016 13:00 | Cəmiyyət

Avtomobillərdən oğurluq edən Bakı şəhər sakini tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumat görə, avqustun 3-nə keçən gecə Xəzər rayonunun Şağan qəsəbəsində qəsəbə sakini Əli Niyazova məxsus "KamAZ" markalı, Mərdəkan qəsəbəsində, qəsəbə sakinləri Daşqın Qafarova məxsus "ZİL" və Kəlbəli Bayramova məxsus "KamAZ" markalı avtomobillərdən akkumulyator oğurlanıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Həşimov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Bağla X