07:32
(077) 610-22-33

Bu yol da bağlanır - Sürücülərin diqqətinə

  • >
1 989 4 Avqust 2016 15:09 | Cəmiyyət

Paytaxtın daha bir prospektində hərəkət məhdudlaşdırılır.


"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən AzNews.az-a verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( "8-ci km. bazarı" ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( "Laçın" ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrini tövsiyə edirik.
Bağla X