Əri tərəfindən baltalanan Tərtər rayon sakini Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriləcək. Əri tərəfindən baltalanan Tərtər rayon sakini Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriləcək.

Ərinin baltaladığı qadın Bakıya gətirilir

Əri tərəfindən baltalanan Tərtər rayon sakini Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriləcək.


Bu barədə AzNews.az-a Tərtər rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib. Həkimlərin bildirdiyinə görə, Məhsəti Səmədova başından travma alıb: "Bakıda əməliyyat olunmalıdır. Xəstənin vəziyyəti ağır deyil, amma maqnit-rezonans olunmalıdır. Xəstənin başında çoxsaylı sümük qırıqları var. Onların hamısı çıxarılmalıdır".

Xatırladaq ki, avqustun 3-də Tərtər rayonunda dəhşətli hadisə baş verib. Rayon sakini, 29 yaşlı Tofiq Məmmədov yaşadığı evdə arvadı, 37 yaşlı Məshəti Səmədova və qayınanası Səfurə Quliyevaya balta ilə xəsarət yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az