Doğulmaq azdır. Həm də səndən asılı deyil. Yaşamağısa özün doğursan. Doğulmaq azdır. Həm də səndən asılı deyil. Yaşamağısa özün doğursan.

Göydən bənövşə yağır - Vüsalə Mahirqızına görə

Doğulmaq azdır. Həm də səndən asılı deyil. Yaşamağısa özün doğursan.


Düşüncə adamları yaşamağın fiziki formasını həyat hesab etmirlər. Həyat dəyərin ömrü qədərdir. Əbədi də ola bilər, müvəqqəti də, olmaya da bilər. Yaşaya-yaşaya olmayan adamlardan danışmaq bizim mövzumuz deyil. Müvəqqəti yaşamağı da hədəf seçə bilmərik. Bizimki əbədiyyəti təbliğ etməkdir.

Dəqiq bilmirəm, Şekspir olub, yoxsa başqası, fərq ertməz, hansısa dahi oğlunun fikrə daldığını görüb dərdini soruşur. Oğlu atası kimi dahi olmaq istədiyini deyir. Ata cavab verir: "Mən Allah olmaq istəyirdim, Şekspir oldum, sən Şekspir olmaq istəyinlə nəticədə kim olacaqsan?". Yəni olmaz. Ən yüksəyi istəməlisən ki, əldə etdiyinin çəkisi ağır olsun.

Nə xoşbəxtik, bizim müasirlərimiz, bizim həmkarlarımız arasında ali dəyəri hədəf seçənlər, o yolda büdrəmədən, başqasına badalaq atmadan, əksinə, uçuruma yuvarlana bilənlərin əlindən tutub fəlakətdən qurtarmağı bacaran ürək, beyin, qələm sahibləri var.

Bu gün onun günüdür. Əslində hər gün onun günüdür. Uğurla əkiz olanların doğum günlərini rəqəmlə işarələməzlər. Biri var, onu gün yaradır, biri var o, günü yaradır. Guya doğum günü bu gün olan, ürəyini, beynini və qələmini birləşdirərək ruhlara rahatlıq səpən dostalrımızı sabah təbrik etməyəcəyik? Hörmətin ən yüksək mərtəbəsinə çatan adamlar onsuz da hər mərtəbədə təbrik qazanırlar, alqış eşidirlər. O günlərdən yalnız biri doğum günüdür, qalanı həmin adamın özünün yaratdığı günlərdir, mərhələlərdir, aylar, illərdir.

İllərin mübarək, jurnalistikanın dəyəri, dostluğun nümunəsi, insanlığın göstəricisi. Sadaladığım keyfiyyətlərin necə işıq saçdığını göstərən yüzlərlə fakt var. Sadaladıqca pardaxlanır. Pardaxlandıqca ətrafa saçılan sevinc dənəciklərindən çoxuna pay düşür. İmzaların tanınmasında izin var, yazar azadığında payın. Yazmaq üçün vurnuxanların tribunasını öz dəmir məntiqi ilə o, yaradıb, yazanların məntiq tribunasının dəmirləşməsinə o, rəvac verib. Ən yaxşılar həmişə onun ətrafında olub. Maliyyə böhranı ağacları silkələyib saf meyvələrini belə, yerə tökəndə, şaxta o meyvələri yerdən götürməyə imkan verməyib çürüdəndə o, əkdiyi ağacı bütün varlığı ilə qucaqlayaraq tərpənməyə, əsməyə qoymadı. Küləyi də özü qəbul etdi, şaxtanı da özü yaşadı, ağrıları da özü çəkdi. Qoymadı, bir meyvəsinin yerə düşüb çürüməsinə imkan vermədi.

Barlı, bərəkətli günlərin mübarək, Vüsalə Mahirqızı. Səviyyənin sonuncu nöqtəsinə çatana qədər qət etdiyin məsafə boyunca yaşadığın əzabları Tanrıdan mükafat bil. Yaxşı jurnalistin hər sözü dua kimidir. Bu hesabla Sizin xoşbəxtliyiniz, arzularınızın gerçəkləşməsi üçün yüzlərlə jurnalst duası göyün sərhədlərini keçib. Başımıza yağan, daha qəşəng çıxsın deyə, başımıza gələn deyək... Başımıza gələn xoş duyğulara görə, Sizə həmişə minnətdarıq. Siz belə olmasaydız, biz də dua oxumaz, o dualar göyə qalxmaz, ordan başımıza gəlməz, qarşımıza çıxmazdı, lap dəqiqi qarşımıza tökülməzdi.

Gözəl mənzərədir: ətraf, duaların cavabında göydən yerə tökülən bənövşələrə bürünb. Fəsilsiz bənövşələr. Bütün fəsillərdə yağan bənövşələr.

Ceyhun MUSAOĞLU