18:31
(077) 610-22-33

Sumqayıtda icra başçısının müavininə xəbərdarlıq edildi - Baş həkim işdən çıxarıldı (Video)

  • >
5 850 5 Avqust 2016 19:42 | Cəmiyyət

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib.


Sumqayıt şəhər icra hakimiyyətində keçirilən müşavirədə çıxış edən Zakir Fərəcov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.

Şəhər rəhbəri təəssüf hissi ilə bildirib ki, şəhər səhiyyə sistemində cidi nöqsanlar mövcuddur.

Bəzi cavabdeh şəxslər, baş həkimlər vəzifələrinin öhdəsindən layiqincə gələ bilmir, işlərinə qarşı laqeyid yanaşırlar. Xüsusilə də Uşaq Xəstəxanasındakı mövcud problemlərlə əlaqədar olaraq cavabdeh şəxslərə ciddi iradlarını bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işinin öhdəsindən gələ bilməyənlərin vəzifədən kənarlaşdırılacağını, ciddi tədbirlər görüləcəyini qeyd edib.



Xeberle.com
Bağla X