Bakıda, özünü məşhur falçı kimi təqdim edib evləri qarət edən şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs respublikanın ayrı-ayrı rayonlarında da bənzər cinayətlər törədib. Bakıda, özünü məşhur falçı kimi təqdim edib evləri qarət edən şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs respublikanın ayrı-ayrı rayonlarında da bənzər cinayətlər törədib.

Özünü məşhur müğənnilərin falçısı kimi təqdim edən şəxs tutuldu - Video

Bakıda, özünü məşhur falçı kimi təqdim edib evləri qarət edən şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs respublikanın ayrı-ayrı rayonlarında da bənzər cinayətlər törədib.


Özünü məşhur müğənnilərin falçısı kimi təqdim edib evlərə girən şəxs saxlanılıb. Lənkəran sakini 41 yaşlı Mikayıl Səfərov paytaxtın Nərimanov rayonu Montin qəsəbəsində kirayə ev axtarmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edib qızılla fala baxdığını bildirib.

Bu üsulla Mikayıl Səfərov Nərimanov rayonu ərazisində Səkinə Quliyevanın evində daxil olub. Özünü Anar kimi təqdim edən Mikayıl Səfərov məşhur müğənni Röya və Tünzalə Ağayevanın falçısı olduğunu deyib. Bundan sonra o qadına xəstə nəvəsini müalicə etmək adı ilə aldadıb qızıllarını mənimsəyib.

Fırıldaq falçılıqla vətəndaşların qızıllarını oğurlayan Mikayıl Səfərov onları satmaq istəyərkən Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa cəlb ediblər. İlkin ifadəsi zamanı o bildirib ki, respublikanın bir çox rayonunda 10-a yaxın vətəndaşı bu yolla qarət edib. Mikayıl Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşadığını, falçılığı isə həbsdə olarkən oxuduğu kitabdan öyrəndiyini deyir.

Hazırda faktla bağlı araşdırma davam etdirilir. Qeyd olunan şəxsin cinayət əməlindən zərərçəkənlər 18-ci polis bölməsinə məlumat verə bilərlər.

Xezerxeber.com