Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb. Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Həbsdə olan sabiq nazir - Azadlıqda

Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.


Bu barədə onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Report.az