04:34
(077) 610-22-33

Məmur arvadlarının baxıcısıyla bağlı yeni şok fakt - Yazdıqları təmsil imiş

  • >
10 356 6 Avqust 2016 12:50 | Cəmiyyət

Yasamal rayon Məhkəməsində falçılıqla məşğul olan Nəzakət Nəsibovaya qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi davam etdirilib.


AzNews.az xəbər verir ki, iş üzrə iddiaçı tərəfin vəkili Səməd Vəkilovun APA.az-a verdiyi məlumata görə, iclasda məlum olub ki, N. Nəsibovanın dua kimi ərəb dilində təqdim etdiyi materiallar ərəb şairlərindən birinin təmsilləridir:

"Həmin materiallar müstəqil mütəxəssislər tərəfindən araşdırılıb və həmin yazıların tanınmış ərəb şairlərindən birinin təmsili olduğu üzə çıxıb".

İclasda N. Nəsibovanın vəkili Yaşar Əhmədov çıxış edib. O, müvəkkilinin qanuni fəaliyyətlə məşğul olduğunu, Ekstrasenslər Birliyinin üzvü olduğunu deyib. Bu zaman iddiaçı Fikrət Məmmədov vəkildən müvəkkilinin öncə görmələrinə inanıb-inanmasını soruşub. Vəkil ona inandığını deyib.

Proses avqustun 8-də davam edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl AzNews.az saytı ekstrasens Nəzakət Nəsibovanın əməlləri ilə bağlı yazı dərc etmişdi. Bildirilirdi ki, öncəgörücü Məmmədovlar ailəsinin dağılmasına səbəb olub. O, Zeynəb Məmmədovanı əri Fikrət Məmmədovla boşatdırıb. Ailə bu səbəbdən 650 min dollarlıq evini yarı qiymətinə satıb. Daha sonra isə ektrasens Məmmədovlar ailəsinin övladlarının xəstəliyini sağaltmaq adıyla onlardan külli miqdarda pul alıb. Bir müddət sonra qarşı tərəf aldandıqlarını görərək N. Nəsibovadan şikayət edib.

Sözügedən materialı BURADAN oxuya bilərsiniz.
Bağla X