“Akif Çovdarla bağlı istintaqa da məlumat vermişəm. Hazırda bununla bağlı işlər gedir və inanıram ki, ciddi tədbirlər də görüləcək. Mən o işdən də çox razıyam. “MTN işi”nə görə tutulanlarla bağlı şahidləri çağırıblar, dindirirlər və üzləşmələr də olub”. “Akif Çovdarla bağlı istintaqa da məlumat vermişəm. Hazırda bununla bağlı işlər gedir və inanıram ki, ciddi tədbirlər də görüləcək. Mən o işdən də çox razıyam. “MTN işi”nə görə tutulanlarla bağlı şahidləri çağırıblar, dindirirlər və üzləşmələr də olub”.

İcra başçısı Çovdarovdan danışdı: “Çox qudurmuşdular”

“Akif Çovdarla bağlı istintaqa da məlumat vermişəm. Hazırda bununla bağlı işlər gedir və inanıram ki, ciddi tədbirlər də görüləcək. Mən o işdən də çox razıyam. “MTN işi”nə görə tutulanlarla bağlı şahidləri çağırıblar, dindirirlər və üzləşmələr də olub”.


Bu sözləri Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun vaxtilə Daşkəsəndə körpü tikintisi zamanı törətdiyi əməllərdən danışan icra başçısı bildirib ki, o zaman səbəbsiz yerə həbs olunanları müdafiə etməklə düz edib:

"Artıq sabiq MTN canilərinin günahları tam sübuta yetirilib. Daşkəsəndəki MTN-çilərin hadisəsinə qədər mən Çovdarovu tanımırdın və görməmişdim. O vaxt rayonda məlum körpü hadisəsi olanda mən Çovdarovu tanıdım. İcra Hakimiyyətinin başçısı kimi mənim rayonumdan səbəbsiz yerə MTN-çilərin adam həbs etməsinə necə göz yuma bilərdim? Niyə görə də həbs olunanları müdafiə etməməli idim?".

Əhəd Abıyevin sözlərinə görə, o zaman Çovdarov körpünün tikintisinə ayrılan pulları istəyib və inşaatı ağac materiallarla aparmağı tələb edib:

"Daşkəsəndəki həmin körpünün açılışını cənab prezident öz ad günündə etmişdi. Həmin körpü tikintisinin gedişi ilə bağlı hər dəfə Prezident Administrasiyasından kuratorlar zəng edib maraqlanırdılar. Tam Avropa standartlarına uyğun körpü tikildi. Amma sonradan səbəbsiz yerə MTN qoçuları bizim bu layihəni məhv etmək istədilər. Mən də rayon rəhbəri kimi həbs olunanların günahlarını bilmək üçün bu işə girişdim və araşdırmağa başladım.

Çovdarov özbaşınalıq edərək dedi ki, "gedin meşədə ağacdan, odundan-zaddan tapıb körpünü tikin, pulu da bizə verin". Belə də şey olardı? Axı Ay Çovdarov, sən kim idin ki, biz ölkə rəhbərinin körpü tikintisinə ayırdığı pulu sənə verək? Onlar çox qudurmuşdular".

İcra başçısı əlavə edib ki, Akif Çovdarovun işi ilə bağlı məhkəməyə getməyəcək:

"Akif Çovdarovun işi ilə bağı bağlı mənim məhkəməyə getməyimə ehtiyac yoxdur. Məhkəmədə nə işim var?.. MTN-çilərin o zaman rayonda körpü tikintisinə görə təhdid etdiyi və təzyiq göstərdiyi şəxslər şahid qismində məhkəmədə olacaqlar. Hətta həmin şəxslərin MTN-çilərlə üzləşməsi olub və keçmiş qoçular öz cinayətlərini etiraf ediblər.
İnanıram ki, qanunsuz əməllərinə və cinayətlərə görə həbs olunan Çovdarov və onun dəstəsi öz layiqli cəzalarını alacaqlar".

Modern.az